Hökumət ümumilikdə 65 min 300 avro cərimələndi
“Bu gün Avropa Məhkəməsi hüquqlarını müdafiə etdiyim 6 ərizəçinin işi üzrə qərarını elan edib. Qərarla ərizəçilərin azadlıq və şəxsi toxunulmazlıq (Konvensiyanın 5-ci maddəsi), ədalətli araşdırma və sərbəst toplaşma azadlıqlarının pozuntusu tanınıb. Bu ərizəçilər aşağıdakılardır:
1. Abbas Fəxrəddin
2. Rüstəmli Sahib
3. Əlisoy Türkel
4. Abdulali Sərvər
5.Nağıyev Köçəri
6.Səfərli Əli
Qərarla Abbas Fəxrəddinə 10 000 avro, digər ərizəçilərə 8000 avro, hüquqi yardıma görə 6 iş üzrə ümumilikdə 5800 avro kompensasiya təyin olunub. Bununla da Avropa Məhkəməsində uğurla nəticələnmiş işlərimin sayı 115 oldu.
Bu gün Avropa Məhkəməsi eyni zamanda Niman Əsgərovun işi üzrə (vəkil Xalid Bağırov) qərarını elan edib. Kompensasiya 8000 avro, hüquqi yardıma görə 1500 avro.
Bütün qalibləri və Xalid bəyi təbrik edirəm”. Bunu facebook statusunda vəkil Əsabəli Mustafayev yazıb.
azadliq.info