Mən – Ruslan Qara təkcə AXCP Sumqayıt Şöbəsinin Gənclər Komitəsinin sədri kimi deyil, ürəyində vətən eşqi, torpaq təəssübü və xalqının rifahı üçün canından belə keçməyə hazır olan bir vətəndaş kimi özümə borc bilib, son günlərin yaralı mövzusu: ermənilərin qətlə yetirdikəri körpə Zəhranın həlakı olayına susmayıb, etmək istədiyimiz etiraz aksiyası ətrafında baş verən hadisələrlə bağlı bəzi məqamlara aydınlıq gətirmək istəyirəm.
Əvvala onu deyim ki, nəzərdə tutulan aksiya ölkə gündəmini təlatümə gətirmək üçün deyildi.
Aksiya Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün hazırlanmışdı. Görünür, bu aksiyanın keçirilməsi, 25 il yalanlarla, atəşkəs oyunlarıyla unutdurulmağa məhkum olmuş torpaqlarımız uğrunda millətin mübarizəyə qalxma əzmini zorlayan bir para erməni xislətli kəslərin heç də xoşuna gəlmədi. Səsimimizi dünya ictimaiyyətinə duyurmaq üçün biz vətənpərvər gəncliyə başqa şans buraxmadınız ki! Dünya ictimaiyyətinin, eləcə də əksər ciddi siyasi qurumların bu mövzuda inkar etdikləri dövlət olaraq, xarici siyasətinizin yarıtmazlığı üzündən məmləkət 25 ildən artıqdır müharibə gedən ölkədən çox, oyunbaz ölkəyə çevrilmişdir. Odur ki, Zəhra balamız kimi günahsız körpələrin düşmən gülləsindən ölümlərin kifayət qədər ciddiyə almamaları bir gənc olaraq, mən və mənim kimi minlərlə gəncin qanına, heysiyyatına toxunur.
Bəli, etiraz aksiyası üçün uyğun zaman və məkanı məhz dövlətin dəstəklədiyi idman siyasətinin parçası olan məlum idman arenasında həyata keçirtməyi planladıq. Bunca keçirtdiyniz mənasız və bahalı idman oyunlardan fərqli olaraq, şəhər stadionunda keçiriləcək futbol oyununa həm də manitordan baxılacaq on minlərlə baxışı təhmin etsək, bu erməni terrorunun vəhşiliklırinə etiraz olaraq, xalqın haqq səsini az da olsa duyura bilmək üçün əlverişli şans idi. Nə sizlərin UEFA ilə müqavilələriniz, nə sizin saxta idman sevdalı imiciniz körpə Zəhra və onun kimi qətlə yetirilən şəhidlərin bir damla qanından üstün ola bilməz və olmamalı. Bu aspektdən mən və mənim simamda bu aksiyanı üzərində Zəhranın əksi olan pankartlarla dinc olaraq keçirtmək istəyənlər, siz hakimiyyət məmurlarının gözündə ünsür qismindədirsə, mən bu ünsürliyə talibəm!Ənənəvi olaraq, sizin saxta vətən təəssübkeşliyiniz bu aksiyanın baş tutmasına sipər olan əmr qulu etdiyiniz polislərin vicdanında məhdudlanır. Əminəm ki, onların vicdanı özləriylə hesabatda, sızlamış olmalı.
Çünki bu xalq Qarabağ savaşında həm sıravi vətəndaşının, həm hərbiçisinim, həm də polisinin torpaq uğrunda qurban getməsinə şahid olub. Amacımız düşmənin etdiklərini unutmamaq və unutdurmamaqdır. Sizlər əksinə, bu aksiyanı erməni terroruna qarşı etiraz mövzusundan sapdırıb, müxalifət-iqtidar qarşıdurmasına dəstək predmetinə çevirməklə, yüzlərlə vətənpərvər gəncin qüruruna, əzminə, düşmənə qarşı mübarizə ehtirasına süstlük, qorxu, mümkünsüzlük, ətalət kölgəsi çəkmək istəyirsiniz. Bu davada düşmən nə sənin iqtidarını, nə də müxalifətinı ayırır. Odur ki, torpaqları yağmalanmış xalqın haqq-ədalət uğrunda səsini batırmağa maraqlı olmayın. Bilin ki, bu səsin istər son günlərdə şəhərin mərkəzi küçələrində, istərsə də dünənki futbol oyununun keçirildiyi stadiondakı kimi, milyonlarla azarkeşin diqqət kəsildiyi idman arenasında yayılmasında könüllü olan gəncliyi nə mənim kimi tutub saatlarla gözəldilələrək məruz buraxdığınız saxlanmalar, nə indiyədək icra etdiyiniz həbslər, nə dünənki aksiyanı medianız vasitəsiylə gözdən salmağa hesablanmış çabalarınız və atdığınız çamurlar ləkələyə bilməz.
Ruslan Qara