Rusiyada Şimali Koreya vətəndaşlarının qul kimi işlədildiyi əmək düşərgələri var. Bu barədə ABŞ Dövlət Departamentinin yeni yayılmış hesabatında bildirilir.
Sənəddə qeyd olunur ki, Rusiya hökuməti ölkə ərazisində belə düşərgələrin mövcudluğu ilə bağlı KXDR ilə müqaviləni dəstəkləməklə yanaşı, bu yaxınlarda onu bir az da genişləndirib. Həmin düşərgələrdə isə hazırda minlərlə şimali koreyalı qul kimi işlədilir.
Hesabata görə, KXDR hər il 20 minə yaxın vətəndaşını Rusiyaya işləməyə göndərir. Bundan başqa, Rusiyada rəsmi fəaliyyət göstərən 30 minə yaxın KXDR vətəndaşı da məcburi əməyə cəlb olunur.
azadliq.info