Әfqan Muxtarlı mәsәlәsindә iqtidar partiyası üzvlәrinin münasibәti fәrqli olub. Gürcü Arzusu partiyasının bir qismi açıq şәkildә istintaqın gedişindәn narazı olduqlarını bildiriblәr vә parlamentdә araşdırma komissiyasının qurulmasını dәstәklәyiblәr.
Parlamentin regional siyasәt vә özünü idarәetmә komissiyasının sәdri Giorgi Liluaşvili Әfqan Muxtarlının qaçırılmasında kimin rolu olduğunun araşdırılmasını deyib. “Komandamızda heç kim özәl bir komisiya qurulmasına qarşı deyil vә bu qәrarı dәstәklәyәcәyimi rәdd etmirәm. Gürcüstan özәl xidmәtlәrinin bu işә qarışmadığı açıqdır, amma bu iş araşdırılmalıdır” deyә Liluaşvili bildirib.
Parlamentdә çoxluğun ikinci qismi isә araşdırma komisiyasının qurulmasını tәklifi ilə razı deyil. İnsan haqları komitәsinin sәdri Sophio Kiladze bildirib ki, hәlә araşdırma davam edir və xalq nәticәlәri gözlәyir.
azadliq.info