Azərbaycanda toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 91,8 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə toxuculuq sənayesində 2,2 dəfə, geyim istehsalında 62,1 faiz artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 58,8 faiz azalma müşahidə olunub.
Azadliq.info