Daşkəsən rayonu Şahvələdli kəndin sakini Rafiq Ələkbərov həyat yoldaşını və yeni doğulan körpəsini öldürməkdə şübhəli bilinərək saxlanılıb.
37 yaşlı Məmmədova Kəmalə və onun 20-25 günlük körpə qızının meyiti kənddə yaşadıqları evdə aşkarlanıb. Qadının üzərində xəsarət izləri olub.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. İstintaq bu qənaətə gəlib ki, qadın və körpəsi qətlə yetirilib. Qətldə şübhəli bilinən 1979-cu il təvəllüdlü Rafiq Ələkbərovun saxlanması üçün əməliyyat qurulub və o, Göygöl rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.
Rayob prokurorluğundan APA-ya bildiriblər ki, R.Ələkbərov qətlə yetirdiyi qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.