Nәsimi Rayon Məhkəməsinin qərarı ilə Füzuli Hüseynov 200 manat cərimələnərək sərbəst buraxılıb.
***
Hazırda polis nəzarətində olan AXCP fәalı Füzuli Hüseynov 20 iyun saat 9-da Nәsimi Rayon Məhkəməsinə aparılacaq. Bu haqda onun yaxınları məlumat verib.
***
AXCP sədri Əli Kərimli Fizuli Hüseynovun növbəti dəfə siyasi məhbuslara azadlıq tələb etməsini feysbuk səhifəsinə belə dəyərləndirib:
“Bu cəsur insanı artıq xeyliniz tanıyırsınız. AXCP fəalı Fizuli Hüseynov bu gün şəhərin mərkəzində ikinci dəfə siyasi məhbuslara azadlıq tələb etdi. Qorxaq hakimiyyət bu biradamlıq piketi də özünə təhlükə sayıb. Fizuli bəyi dərhal polis saxlayıb. Hələ də 22-ci polis bölməsindədir. Yəqin əksəriyyətiniz bilmirsiniz ki (profilində yanlış göstərib), bu gün həm də Fizuli bəyin doğum günüdür. Fizuli bəy bu fədakarlığı öz doğum günündə edib. Onun ad gününü qeyd etməyə hazırlaşan ailəsi sorağını polis idarəsindən alıb.
Fizuli bəyi ad günü münasibətilə ürəkdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı, mübarizəsində uğurlar arzulayıram. Fizuli bəy mübarizəmizdə yeni bir fenomen yaradır. “Tək mənimlə nə olacaq ki?” tezisinə qarşı “heç kim olmasa da, mən varam!” deyir. Var ol, fədakar insan!”
***
Bu gün Bakının mәrkәzindә siyasi mәhbuslara azadlıq tәlәbi ilә birnәfәrlik aksiya keçirilib.
AXCP fәalı Füzuli Hüseynov üzәrindә “Bütün siyasi mәhbuslara azadlıq” şüarı yazılmış plakat qaldıraraq, ölkәdә siyasi mәhbus probleminә diqqәt çəkib. Füzui bəyin haqlı etirazı polis əməkdaşlarını narahat edib. Ona görə də dərhal müdaxilə edilib və Füzuli bəy naməlum istiqamətə aparılıb.
Xatırladaq ki, Füzuli Hüseynov bir müddət öncə də siyasi məhbuslara azadlıq tələbiylə aksiya keçirmişdi və nəticədə polis bölməsinə aparılmışdı.
azadliq.info