Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 1 milyard 594 milyon manat təşkil edib.
Rəsmi rəqəmlərə görə, bu, aprelin 1-i ilə müqayisədə 3,7 milyon manat və yaxud 0,2 faiz çoxdur. Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 121,4 milyon manat və yaxud 8,25 faiz, son 1 ildə isə 212,7 milyon manat və yaxud 15,4 faiz artıb.
Aprelin sonuna vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 10,3 faiz paya malik olub. Qeyd edək ki, problemli kreditlərin 54,5%-i və ya 869,2 mln. manatı xarici valyutada verilən kreditlər üzrə yaranıb.Pro