Əfqan Muxtarlını marşrut taksisindən düşəndən sonra Çonkadze küçəsində oğurlayıblar. Bu məlumatı jurnalistin xanımı yayıb. Leyla Mustafayevanın sözlərinə görə, Əfqan Muxtarlıya gürcü dilində danışan iki nəfər hücum edib.
Ailənin vəkili Çonkadze küçəsində yerləşdirilən videokameralardan görüntülərin çıxarılmasını tələb edir. Arçil Çopikaşvili artıq istintaq orqanlarına müraciət edib.
“Əfqan Muxtarlının vəkilindən biz bildik ki, onu oğurlayanlar gürcü dilində danışıb, daha sonra azərbaycanca danışan şəxslərə təhvil veriblər. Biz onu qayıtdığı mümkün marşrutu öyrəndik. Hər yerdə kameralar yerləşdirilib və baş verənlərlə bağlı daha çox detal tapmaq olar. Ancaq Gürcüstan hakimiyyəti bunu gizlətməyə çalışır, güya bunların heç bir günahı yoxdur. Çünki onların Azərbaycan hökuməti ilə razılaşması var. Əfqan Muxtarlını Gürcüstanda oğurlayıblar və məsuliyyət güc strukturlarının üzərindədir. Paralel olaraq jurnalist araşdırması da aparılacaq”, – deyə Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva deyib.
Fizzə