Estoniya hökuməti Rusiyanın iki diplomatını – Dmitri Kazennovu və Andrey Surqayevi ölkədən çıxarır.
Kazennov Rusiyanın Estoniyadakı baş konsulu, Surqayev isə konsuludur. Hər iki diplomata ölkəni tərk etmələri ilə bağlı yazılı tələbnamə göndərilib.
Rusiyanın bu ölkədəki səfirliyi qərarı hələ ki şərh etməyib. Estoniya Xarici İşlər Nazirliyi isə bu addımın səbəbini açıqlamayıb.
Rusiya XİN rəsmi Tallinin bu qərarının heç nə ilə izah olunmadığını və dostluq münasibətlərinə yad olduğunu bildirib.
Beynəlxalq qanunvericiliyə görə, dövlət diplomatı ölkəsindən çıxara və bunun səbəbini açıqlamaya bilər. Adətən belə addım diplomatların bu statusa uyğun gəlməyən fəaliyyətinə və ya başqa bir ölkənin analoji addımına cavab olaraq atılır.
Gültəkin