ABŞ-ın keçmiş prezidenti Barak Obama Berlində çıxış edib. Çıxışı dinləmək üçün Brandenburq qapılarının yanında 70 mindən çox adam toplaşıb. Qaçqın probleminin də müzakirə olunduğu görüşdə Almaniya kansleri Angela Merkel də iştirak edib.
Müzakirə Almaniyanın Yevangeliya kilsəsinin konqresi çərçivəsində keçirilib. Görüş həmçinin demokratik dəyərlər, insan haqları,terrorla mübarizə və miqrasiya böhranına həsr edilib.
Fizzə