Bu gün axşam Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Belçikaya səfəri başlayır.
Ərdoğan NATO-nun Brüsseldə keçiriləcək sammitində iştirak edəcək.
Paytaxt rəhbərliyi Türkiyə prezidentinin dayanacağı otelin qarşısında istənilən formalı aksiyalara qadağa qoyub.
Otel Brüsselin Stefani meydanında yerləşir.
Qadağanın qoyulması Ərdoğanın ötən həfət Vaşinqtona səfəri zamanı Türkiyə səfirliyi önündə baş verən insidentlə bağlıdır.
Belə ki, səfirliyin önünə gələn kürd etirazçılarla Ərdoğanın mühafizəçiləri arasında dava düşmüş və nəticədə bir neçə nəfər xəsarət almışdı.
Bu dəfə Ərdoğan tərəfdarları “Facebook”da kampaniya başladaraq Türkiyə prezidentinə dəstək aksiyası keçirəcəklərini bəyan etdilər. Və 700-dən çox insan dəstək mitinqinə qoşulacağını bildirdi.
Lakin Brüssel rəhbərliyi bu aksiyaya da icazə vermədi.
Gültəkin