Mayın 27-də tanınmış jurnalist Arif Əliyevin Cümhuriyyət tariximizin son günü haqqında yazdığı “Yalama” bədii-sənədli əsərinin təqdimatı olacaq.
Kitab 70 minlik işğalçı sovet ordusunun qarşısına çıxaraq, son damla qanına qədər vuruşan 350 gənc Azərbaycan əsgəri haqqında maraqlı bir hekayətdir. Kitabdan yığılan vəsait müəllifin eyni mövzuda yazdığı “Bəyaz ruhlar qatarı” pyesinin səhnələşdirilməsinə sərf olunacaq.
Təqdimat mərasimi “28 may” metrostansiyasının yaxınlığındakı “Loqin” kitab mağazasında keçiriləcək. Tədbirə qatılmaq istəyənlər saat 12-15 arasında həmin mağazaya gələ bilərlər. Mərasimə hər kəs dəvətlidir.