Mançester Arenada baş verən görə terrora görə 23 yaşlı kişi saxlanılıb. Terror aktı nəticəsində 22 nəfər dünyasını dəyişib, azı 59 nəfər yaralanıb.
***
Mançester Arena qapalı salonuna terror aktı olduğu ehtimal edilən hücum nəticəsində 22 nəfər həlak olub, 50-dən artıq insan yaralanıb. Mançesterdə törədilən terrorun məsuliyyətini isə terrorçu İŞİD qruplaşması üzərinə götürüb.
TASS xəbər verir ki, bu haqda terrorçu qruplaşma video çarx yayıb. Polisdən verilən məlumata görə, hücum edən şəxsin özü də partlayış nəticəsində ölüb.
***
Britaniyanın baş naziri Theresa May mayın 22-də gecə Mançester şəhərində baş vermiş partlayışı “dəhşətli terror aktı” kimi pisləyib və qurbanların yaxınlarına başsağlığı verib.
Bundan əvvəl Britaniya polisi İngiltərənin Mançester şəhərindəki Manchester-Arena idman-konsert kompleksində baş vermiş partlayış hadisəsini terror aktı adlandırmışdı.
Polis partlayış nəticəsində azı 19 nəfərin həlak olduğunu və daha 50 nəfərin yaralandığını bildirib.
Partlayış baş verəndə stadionda ABŞ müğənnisi Ariana Grande-ın konserti yenicə başa çatmışdı.
Mançester polisi adamları hadisə yerindən uzaq durmağa çağırıb.
Hadisə yerinə çox sayda ambulans və polis maşını yığılıb.
Partlayışının ardınca tamaşaçılar arasında hay-küy və qaçaqaç başlandığı xəbər verilir. Britaniya mediası hadisə yerindən videoları verir.
Reuters agentliyi iki ABŞ rəsmisinə istinadən bildirir ki, ilkin əlamətlər partlayışın intiharçı tərəfindən törədildiyini göstərir.
Britaniya rəsmiləri bu xəbəri hələlik təsdiq etməyiblər.
Əgər hadisənin terror hücumu olduğu təsdiqlənərsə, bu, Britaniyada 2005-ci ilin 7 iyul terror basqınından sonra törədilmiş ikinci ən böyük terror zərbəsi sayılacaq. 2005-ci ildə törədilmiş bomba partlayışlarında 52 nəfər həlak olmuşdu.
1995-ci ildə istifadəyə verilmiş Manchester Arena kompleksi Avropada ən böyük konsert-idman zalıdır. Buradakı tribunalar 21 min tamaşaçı tutur.
Ariana Grande-ın konsertində tribunalar dolu idi.