Yeni il gecəsi İstanbuldakı Reina əyləncə klubuna edilən və 39 adamın həyatını itirdiyi terror hücumu ilə əlaqədar aparılan istintaq davam edir.
“Axşam” qəzetinin xəbərinə görə hazırda həbsdə olan Masharipovun evində görüntüləri yayılan kilid adam da tutulub. Başakşehirdəki bir evdə tutulan şübhəli Hasan Qulomovun, təşkilatda Əbu Xaliq kod adını istifadə etdiyi təsbit edilib. Qulomovun Hataydan Halit Abbdullah adına düzəldilmiş saxta pasport ilə Türkiyə daxil olduğu müəyyənləşib.
Qulomovun tutulduğu evdə edilən axtarışda 12 ədəd Kalaşnikov avtomatı ələ keçirilib. Axtarışlarda silahlardan başqa 4 min 378 ABŞ dolları, 3 min İsveç kronu tapılıb. İstintaq zamanı Masharipovun qaçışında və saxlanmasında əsas rol oynayan “Danyelik” kod adlı bir şübhəli daha təsbit edilib. Evdə ələ keçən 12 Kalaşnikov Qulomova “Danyelik” tərəfindən hücumdan əvvəl gətirilib. Qulomov artıq həbsxanaya göndərilib.
azadliq.info