Türkiyə prezidenti Recep Tayyip Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə danışıqlardan sonra bildirib ki, o, ABŞ-ın kürdlərlə ittifaqını heç vaxt tanımayacaq.
Yaxın Şərqdə “terrorçu təşkilatlara yer yoxdur” deyən cənab Ərdoğan, ABŞ-ın bir həftə öncə silahlandırmağa başladığı kürdlər haqqında danışıb.
Bu cür fikir ayrılıqlarına baxmayaraq, Ərdoğan və Тramp ikitərəfli münasibətlərin inkişafı haqqında müsbət rəy verib və onları möhkəmləndirməyə söz veriblər.
Mayın 9-da Тramp Suriyada kürd qruplaşmalarını silahla təmin etməyə icazə verib. Bu qrup “Suriya Demokratik Qüvvələri” alyansının sıralarında özünü “İslam dövləti” adlandıran qruplaşmanın yaraqlılarına qarşı vuruşurlar.
Mayın 16-da Erdoğan bəyan edib ki, kürdlərlə ittifaq tamamilə qəbuledilməzdir.
Türkiyə Suriya kürdlərini ABŞ, Britaniya və daha bir neçə Avropa ölkələrində “terrorçu təşkilat” hesab edildiyi üçün qadağan olunmuş Kürd Fəhlə Partiyasının (PKK) bir hissəsi hesab edir.
BBC