Dünya kəndirbazlıq rekordu Türkiyənin Malatya şəhərində bir isveçrəli tərəfindən qırılıb. Malatya Ekstrem Alpinistlik və Təbiət İdmanları tərəfindən təşkil edilən Levent Vadisi Təbiət İdmanları Festivalı 18-21 may 2017 tarixləri arasında Levent Vadisində təşkil ediləcək. Akçadağ Bələdiyyəsi tərəfindən maliyyələşdirilən festivala dünyanın müxtəlif bölgələrindən gələn idmançılar Levent Vadisinin bir ucundan digər ucuna çəkilən 1 210 metr uzunluğundakı perlon ip üzərindən gedərək məharətlərini göstərirlər.
İsveçrəli alpinist 33 yaşındakı Samuel Volery Levent Vadisində yerdən 240 metr yüksəklikdə təxminən 1 saat 14 dəqiqədə 1210 metr uzunluğundakı ipi gedərək dünya rekordu qırdı. Yamacın qarşısına keçdikdən sonra sevincini yoldaşları ilə qeyd edən Volery dünya rekordu yarmağın xoşbəxtliyini yaşadı.
azadliq.info