Almaniya Federal prokurorluğunun məlumatına görə, Bundesverdəki sağ ekstremistlər alman siyasətçilərə sui-qəsd hazırlayıb. Ehtimal olunan qurbanlar arasında Almaniyanın keçmiş prezidenti Yoahim Qauk və ədliyyə naziri Xayko Mas da olub.
Məlumata görə, Bundesverin hərbçiləri Maksimilian T. və Franki A., həmçinin Matias F. adlı tələbə keçmiş prezident və ədliyyə nazirinə hücum edə bilərdi.
Şübhəlilər qaçqınların və əcnəbilərin ölkəyə gəlməsini dəstəkləyən siyasətçilər və ictimai xadimlərə qarşı terror planlaşdırıb. Hərbçilər öz cinayətlərini islamçıların terror aktı kimi təqdim etmək niyyətində olub.
Fizzə