ABŞ-ın keçmiş prezidenti Barak Obama bazar günü bəyan edib ki, o Konqress üzvlərinin hətta partiya maraqlarına zidd olsa belə, faktlara baxacağına ümud edir.
Obama bunu Bostonda, Con Kennedi Fondunun mükafatını alarkən deyib. Keçmiş dövlət başçısının bəyanatı Nümayəndələr Palatası Obamanı iştirakı ilə qəbul edilən səhiyyə sahəsində proqramın ləğvinə daiq qanun layihəsinə razılıq verəndən bir neçə gün sonra səslənib.
Obama Donald Trampın adını çəkməyib və onun qanun layihəsini ləğv etməsi ilə bağlı birbaşa müraciət etməyib. Yalnız “böyük debatların” başa çatmadığını xatırladıb.
Fizzə