Səudiyyə Ərəbistanında şiə din xadiminin həbs olunması ölkənin şərqində yaşayan şiələrin üsyanına səbəb olub. Səudiyyə polisinin şiə dini lideri Şeyx əl-Nimrini həbs etməsi Katif şəhərinin əhalisini ayağa qaldırıb.
İranın Press Tv-nin verdiyi xəbərə görə, şəhərdə üsyan vəziyyəti iki aydır davam edir. Polisin açdığı atəş nəticəsində 2 nəfər öldürülüb, onlarla adam yaralanıb.
Ölkə rəsmiləri hadisəni təsdiqləyiblər. Şeyxin həbsini onun əhali ilə hakimiyyət arasında təfriqə yaratması ilə əsaslandırıblar. Səudiyyə Ərəbistanı əhalisinin 85%-i sünni, 15%-i şiədir.
azadliq.info