Göygöldə sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb. “VAZ” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü 1982-ci il təvəllüdlü Quliyev Amil Bəndər oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
APA