Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.
İspaniyada “Selta” İngiltərə “Mançester Yunayted”ini qəbul edib. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Mançester Yunayted” finala vəsiqəni böyük ölçüdə təmin edib.
“Selta” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 0:1
Qol: Markus Reşford, 67
Baş hakim: Sergey Karasyov (Rusiya)
Viqo. “Baladios” stadionu
Qeyd edək ki, ilk yarımfinal görüşündə “Ayaks” Hollandiyada Fransa “Lion”unu yenib – 4:1.