Ağsu rayonunun Şahbəyli kəndində yeniyetmə bədbəxt hadisə nəticəsində xəstəxanaya yerləşdirilib.
2002-ci il təvəllüdlü, Həşimov Həmzə Seymur oğlu at sürərkən heyvanın yüyəni onun boynuna dolaşıb. Nəticədə H.Həşimov boğulma vəziyyətində atdan yerə yıxılıb.
Yaxınları onu 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Həkimlər xəstənin vəziyyətini ağır qiymətləndirirlər.
Ağsu rayon Polis şöbəsində hadisənin dəqiq hansı səbəbdən baş verdiyi araşdırılır.
Report