elimHər il Azərbaycanın əmək bazarına 100 mindən çox gənc daxil olur.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Mədəniyyət və Turizm nazirliyinin təşəbbüsü ilə keçirilən əmək yarmarkasında bildirib. Nazirin sözlərinə görə bu il əmək bazarında 108 min gəncin işlə təmin olunacağı proqnozlaşdırılır ki, bunların da böyük əksəriyyətini ali təhsilli mütəxəssislər təşkil edəcək. “Azərbaycanda işsizliyin səviyyəsi 5% olduğu halda gənclər arasında bu göstərici 9% təşkil edir. Buna səbəb isə Azərbaycanda əhalinin 29%-i gənclərin olmasıdır”. (fins.az)