Suriya rejiminin kimyəvi silahdan dəfələrlə istifadə etdiyi faktı sübuta yetirilib. İnsan Haqları üzrә Müşahidә Təşkilatı dekabr ayından bəri rejimin ən azı 4 dəfə kimyəvi silahdan istifadə etdiyini təsdiqləyib. Bir az əvvəl mәrkәzi ofisi Nyu Yorkda yerlәşәn tәşkilata bu iddianı araşdırmaq vəzifəsi tapşırılmışdı.
Müşahidә Təşkilatının icraçı direktoru Kennet Rot araşdırmaların nәticәlәrini açıqlayaraq, rejim güclәrinin son 6 ayda döyüş təyyarələri, helikopterlәr və quru qoşunları ilə 4 bölgәyә kimyәvi silahla hücum etdiyini bildirib.
Rot bu hücumların bәşәri cinayәt sayılacağı qənaətində olduğunu açıqlayıb.
azadliq.info