ABŞ diktatorlarla sərt mübarizəyə start verdi
Bu barədə yayılmış məlumatda bildirilir ki, aprelin 20-də ABŞ prezidenti Donald Tramp Konqresə məktub göndərib. Məktubda Tramp Qlobal Maqnitski Aktını həyata keçirməyə başladığını bəyan edir.
Məktub barədəd link:
Tramp Konqresə məktubunda ən ciddi və əsaslı şəkildə Maqnitski aktını həyata keçirmək prinsipinə sadiqliyini bildirir.
Məktubda daha sonra qeyd olunur ki, prezident administrasiyası qanundan irəli gələn öhdəliklərini yerinə yetirərək qanunun tətbiq edilməli olduğu şəxslərin və təşkilatların müəyyənləşdirilməsini təmin edəcək.
“Ən yaxın həftələrdə və aylarda rəhbərlik etdiyim strukturlar insan hüquqlarını pozanların və korrupsiyaçıların müəyyənləşdirilməsi və cəzalandırılması üçün zəruri olan bütün, hətta məcburetmə tədbirləri görəcəklər”, deyə məktubda vurğulanır.
Məktubun sonunda bildirilir ki, Qlobal Maqnitski Aktını yerinə yetirməklə ABŞ insan hüquqları və şəffaflıq uğrunda mübarizədə qlobal liderliyini təmin edəcək.
azadliq.info