ABŞ və Çin Rusiyanı Orta Asiyadan sıxışdırıb çıxarır
Tacikistanın bu ölkədə yerləşən 201-ci Rusiya hərbi bazası ilə bağlı mövqeyinin sərtləşməsi Çin və ABŞ-ın regionda aktivləşməsindən xəbər verir. Bu haqda “Komersant” qəzetinə Orta Asiya üzrə ekspert Aleksandr Karavayev şərh verib. ABŞ Əfqanıstandan çıxdıqdan sonra çıxardığı hərbi texnikanın bir hissəsini Tacikistana ötürmək barədə danışıqlar aparır. Bu yaxınlarda Çinə səfəri zamanı prezident İmaməli Rəhmanov Çindən 2 milyard dollar kredit ala bildi. Bununla Çin Tacikistanın xarici siyasətində prioritet ölkəyə çevrildi. Keçən il Pekinlə sərhədyanı mübahisələrin həlli ilə bağlı 1122 kv km ərazi Çinə verildi. Son illər rəsmi Düşənbənin Hindistan və Fars körfəzi ölkələri ilə sıx əlaqələri gözə çarpır. Moskvanın “böyük qardaş” monopoliyası getdikcə sarısılır.
İmaməli Rəhmanov xarici siyasət oxunu Moskvadan Vaşinqtona tərəf dəyişdirir. Ekspertlər hesab edir ki, Tacikistan “Ayni” aerodromunu ABŞ-a verməyə hazırlaşır. Ölkə rəsmiləri aerodromun Rusiyaya veriləcəyini desələr də, Rusiya hələ də bu bazanı ala bilməyib. 201-ci baza ilə bağlı aparılan danışıqlar Rusiya hələ heç bir müsbət nəticə ala bilməyib. Bu hərbi hissə Rusiya sərhədləri xaricində yerləşən ən böyük bazadır. Burada 7000 hərbi qulluqçu xidmət edir. Hərbi hissənin qarnizaonları 3 şəhərdə dislokasiya olunub.
Rusiya tərəfi hərbi bazasının icarə müddətini 49 iləcən uzatmaq istəyir. Tacikistan isə 10 ildən artıq müddətə razı deyil. Sazişin imzalanması 2012-ci ildə tamamlanmalı idisə, bu müddət 2014-cü iləcən uzanacaq. Tacikistanın Müdafiə Nazirliyi Rusiyanın şərtləri ilə hələ də tanış olmadığını deyir.
Hadisələri təhlil edərək belə nəticəyə gəlmək olar ki, Rusiyanın ən yaxın hərbi müttəfiqləri olan Orta Asiya ölkələri belə Rusiyanın əhatə dairəsindən çıxmağa çalışır. Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi, Tacikistanın danışıqları uzatması ABŞ və Çinin Rusiyanı regiondan sıxışdırıb çıxarmaq istəyinin göstəricisidir.
azadliq.info