Bu gün AXCP sədri Əli Kərimli və partiya rəhbərliyi aprelin 28-də Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişən (intihar etdiyi deyilir) və gizli dəfn olunan siyasi məhbus Mehman Qələndərovun məzarını ziyarət edib.
Əli Kərimli Meman Qələndərovun məzarı başında nitq söyləyib. O, Mehman Qələndərovun ölümünün ört-bastır edilməsinə imkan verməyəcəklərini bildirib. Həmin videoyazını təqdim edirik:
Cəbhəçi dostlarla birlikdə Mehman Qələndərovun xəlvətcə dəfn edildiyi məzarını ziyarət etdik. Mehman bəyin məzarı başından cəmiyyətə də, hakimiyyətə də mesajalrımızı ünvanladıq. Mehman Qələndərovun ölümünün ört-basdır edilməsinə imkan verməməliyik.
Publicerat av Ali Karimli (Əli Kərimli) den 30 april 2017