Fransanın Baş naziri Bernard Cazeneuvenin evinə oğru girib.
Fransız mətbuatında yer alan xəbərə görə, bazar ertəsi günü naməlum oğrular Baş nazirin Parisdəki evinə girib. Nazirin qohumları düşünür ki, oğrular evin baş nazirə aid olduğundan xəbərsiz olublar.
Onlar baş nazirin qəsdən hədəf alınmadığını bildiriblər. Açıqlamada baş nazirliklə bağlı evdə heç bir sənədin olmadığı qeyd edilib.
Bazar ertəsi reallaşan oğurluq hadisəsinin ardından Baş nazirin can və mal təhlükəsizliyini təmin etmək üçün evinə müvəqqəti bir təhlükəsizlik sistemi qurulduğu açıqlanıb.
azadliq.info