ABŞ prezidentliyi vəzifəsində 100 gününü doldurmaq üzrə olan Donald Tramp Ağ Evdən əvvəlki həyatı üçün darıxdığını söyləyib. “Reuters”ə danışan Tramp avtomobil sürmək üçün darıxdığını, hazırda özünü bir qabıq içindəymiş kimi hiss etdiyini və yeni işinin çətinliyi qarşısında çaşqınlığa uğradığını etiraf edib. Tramp “keçmiş həyatımı sevirdim, keçmişə görə indi daha çox iş var, daha asan olacağını düşünmüşdüm” söyləyib. Keçmişdə şəxsi həyatının gizli olmamasına alışdığını ifadə edən Tramp, hazırda buna çox az imkan qaldığına çaşdığını deyib. Gizli Xidmət tərəfindən 24 saat qorunan Tramp buna alışmağa çalışdığını söyləyib: “Həqiqətən, öz kiçik qabığındasan. Elə böyük bir mühafizə var ki, heç bir yerə gedə bilmirsən.” Ağ Evdən kənarda SUV və ya “Limuzin” sürən Tramp sükan arxasında oturduğu günlər üçün də darıxdığını etiraf edib.
azadliq.info