Prezident və nazirlərin fəaliyyətsizliyindən verilmiş şikayətə Ali Məhkəmə də müsbət cavab vermədi
Göygöl rayonu ərazisində məskunlaşan Ermənistan Respublikasından qaçqın düşmüş Həsənov Elnur Mahal oğlu hər iki valideyninin torpaqlarımızın müdafiəsində iştirakçı olduğunu bildirir.
Anası Allahverdiyeva Qüdrət Mürşüd qızı güzəştli torpaq sahəsi almaq üçün növbəyə durub. Növbəsini gözləyə-gözləyə dünyasını dəyişib. Hazırda oğlu Elnur Həsənov həmin torpaq sahəsini alamaq üçün qanun çərçivəsində hüquqlarını davam etdirir. Onun deməsinə görə həmin torpaq sahəsini almaq bir yana, onun şikayətini dinləmək istəmirlər. Şikayətçi onu da bildirir ki, hərrac yolu ilə torpağın qiyməti 1300 manatdır, güzəştli torpaq isə 830 manata nəzərdə tutulub. Həsənov Elnur mindən artıq aidiyyatı qurumlara ünvanladığı məktub və teleqramlara aradakı fərqindən qat-qat artıq pul xərclədiyini də bildirir. Onun əsas məqsədi vətəndaşların ərizə və şikayətlərinə ən yüksək səviyyədə məhəl qoyulmamasını xalqa çatdırmaqdır.
Bu məsələdə yüksək vəzifəli məmurların fəaliyyətsizliyi ilə bağlı məhkəmələrdə iddia qaldırsa da, iddiaları təmin olunmayıb. Nəhayət, Ali Məhkəmədə hakim Azər Hüseynovun sədrliyi ilə keçirilən proses əvvəlki instansiya məhkəmələrinin qərarlarının qüvvədə saxlanması ilə yekunlaşıb. Elnur Həsənovun şikayətini təmin edilməyib. Şikayətçi bundan sonra hüquqlarının bərpası axtarışına Avropa İnsan haqları məhkəməsində çıxmaq niyyətindədir.
Məhkəmə iclası bitdikdən sonra vətəndaş Elnur Həsənov media vasitəsiylə Prezident və nazirlərin fəaliyyətsizliyindən xalqa müraciət ünvanlayıb.
Müraciəti təqdim edirik.
azadliq.info