Moskvada müxalifətçi Aleksey Navalniya hücum olub. Onun üstünə “zelyonka” töküb və gözünə xəsarət yetirib.
Müxalifətçinin dostları onun üçün təcili yardım çağırıb. Bu barədə Navalnının mətbuat xidmətinin rəhbəri Kira Yarmış məlumat verib.
Hücum Korrupsiya ilə Mübarizə Fondunun ofisinin yaxınlığında baş verib. Yarmışın sözlərinə görə, naməlum şəxs Navalnını maşının yanında gözləyib.
“Ofisdən çıxanda üzünə “zelyonka” atdılar. Elə töküb ki, indi sağ gözüm yaşıldı”, – deyə Navalnı Tvitterdə yazıb.
Maraqlıdır ki, hadisə yerində müşahidə kameralarının heç biri işləməyib.
Qeyd edək ki, bu son dövrdəikinci belə hadisədir.
Fizzə