Rusiyanın Qara dəniz donanmasının “Liman” adlı gəmisi İstanbul yaxınlığında batıb. Gəmi Afrika dövləti olan Toqo bayrağı altında mal-qara daşıyan “Aşot-7” gəmisi ilə toqquşub. Qəza dumanlı hava şəraitində, saat 11:53 radələrində Bosfor boğazının 40 kilometrlik şimal-qərbində baş verib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
İnsident Bosfor boğazının Qara dənizə aid hissəsində baş verib. Məlumata görə, Rusiyanın hərbi gəmisi heyvan daşıyan yük gəmisi ilə toqquşub. Nəticədə 78 Rusiya əsgəri dənizə düşüb. onların hamısı xilas edilib.
Nazirliyin məlumatında qəzanın İstanbul boğazının 40 kilometrlik şimal-qərbində baş verdiyi və qəza yerinə An-26 təyyarəsi ilə xilasedicilər göndərildiyi bildirilir.
Fizzə