NATO-nun baş katibi Jens Stoltenberg Maltanın Valetta şəhərində AB Müdafiə Nazirləri zirvəsində çıxış edib. O, 15 iyul çevriliş cəhdindən sonrakı həbslər və təqiblərlə bağlı Türkiyəyə mesaj verib.
Stoltenberg “Türkiyənin özünü müdafiə etmək hüququ və uğursuz çevriliş cəhdinin arxasındakıları mühakimə etmək haqqı var, amma bu, qanunun aliliyinə hörmət göstərilərək edilməlidir” deyib.
Jurnalistlərin suallarını cavablayan Stoltenberg “mən bu dəyərlərə çox böyük əhəmiyyət verirəm, bu məsələni Türk rəhbərliyiylə də danışdıq” söyləyib.
Məlum olduğu kimi, Türkiyədə son olaraq çərşənbə günü Fəthullah Gülən camaatının təşkilatlanmasına yardımçı olduqları şübhəsiylə 9 min 103 polis vəzifədən uzaqlaşdırılıb.
azadliq.info