İdlibdə sığınacaq düşərgəsi havadan vurulub

Suriyanın İdlib vilayətində bir sığınacaq düşərgəsinə edilən hava hücumunda çox sayda mülki insan ölüb. Suriyanın şimalındakı İdlib vilayətində bir sığınacaq düşərgəsi döyüş təyyarəsi tərəfindən vurulub. Hava hücumunda çox sayda insanın öldüyü və yaralandığı bildirilir. İdlibdəki Mülki müdafiə səlahiyyətlisi Hamid Kuteyni AA müxbirinə açıqlamasında “Əsəd rejiminin döyüş təyyarəsi düşərgəni 3 paraşütlü bombayla hədəf aldı” deyib. Kuteyni mülki müdafiə qruplarının bölgəyə hərəkət etdiyini söyləyib.

azadliq.info