Hikmət Hacızadə: “Davamlı şəkildə görüşlər keçirməklə Azərbaycanın mövqeyini dəyişəcəklərinə ümid edirlər”
Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri aprelin 28-də Moskvada görüşəcəklər. Görüşün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı keçiriləcəyi gözlənilir. Trend bu barədə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Politoloq Hikmət Hacızadə Azadlıq.info-ya açıqlamasında deyir ki, sözügedən görüş mahiyyətinə görə, bir növ əvvəlkilərin təkrarıdır. Politoloq bu mənada , üç dövlətin xarici işlər nazirinin aprelin 28-də baş tutacaq görüşünü də sıradan bir tədbir adlandırır:
“Ermənistan tərəfi rayonların qaytarılmasından sonra Azərbaycanın hücuma keçəcəyindən qorxur. Ona görə də orada sülhməramlıları yerləşdirmək istəyir. Sülhməramlılar da Rusiyaya məxsus olacaq. Sülhməramlıların yerləşdirilməsi o deməkdir ki, Qarabağ birdəfəlik əldən getdi. Azərbaycan isə indiyədək bunu istəməyib. Amma onlar davamlı şəkildə görüşlər keçirməklə Azərbaycanın mövqeyini dəyişəcəklərinə ümid edirlər. Həmçinin, belə görüşlərlə dünyaya özlərinin sülh təşəbbüslərinin olduğunu göstərmək istəyirlər”.
Nigar