Fransa mətbuatında yer alan xəbərlərə görə, rus hərbi kəşfiyyatı prezident seçkisində öndə olan Emmanuel Makronun kampaniyasına elektron üsullarla hücum edib.
“Trend Micro” təhlükəsizlik şirkəti mütəxəssisi Feike Hacquebordun açıqlamalarına görə, bu, özünə “Pawn Storm” (Piyada Fırtınası) adını verən və Rus hərbi kəşfiyyatına çalışan bir siber casusluq qrupu olub. Onlar e-poçt yolu ilə Makronun kampaniyasının internet saytına zərərli proqram yükləməyə çalışıb. Hacquebord eyni üsulla ABŞ prezidentliyinə namizəd olan Hillari Klintonun kampaniyasına və Almaniyanın kansleri Angela Merkelin partiyasına də hücum edildiyini bildirib. Fransız hökumətinin Siber Təhlükəsizlik Agentliyinin (Anssi) bir sözçüsü də Makronun kampaniyasına hücum edildiyini təsdiqləyib.
azadliq.info