Prezident Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyəni yenidən nəzarət(sınaq) prosesinə alma qərarını “siyasi bir qərar” olaraq şərh edib və Türkiyənin bu qərarı tanımayacağını söyləyib.
Prezident Ərdoğan “Reuters”ə müsahibəsində Türkiyə – AB əlaqələrinin gələcəyinə də toxunaraq, Brüsselin üzvlük prosesini daha da gecikdirməsi halında Türkiyənin fərqli axtarışlara yönələcəyini bildirib. O, bir dəfə də Türkiyənin AB müzakirələrini referenduma çıxara biləcəyini deyib. Referendumla AB-dən ayrılma qərarı alan İngiltərə nümunəsini verən Ərdoğan: “İngiltərə Brexit qərarını çıxardımı? Çıxardı. Bu anda çox da rahat, dinc bir şəkildə gələcəyə gedirlər. Bəlkə indi bunu başqa ölkələr də təqib edəcək. AB bir dağılma müddəti içərisinə girmişdir. Bir – iki ölkə AB-ni ayaqda saxlaya bilməz. Bunu bilmələri lazım” deyə vurğulayıb.
Məlumdur ki, dünən Avropa Komissiyasının genişlənmə üzrə məsul üzvü Johannes Hahn Türkiyənin üzvlük prosesinin təməldən gözdən keçirilməsini və Ankarayla AB üzvlüyündən kənar bir zəmində əməkdaşlığa gedilməsini təklif etmişdi.
azadliq.info