Partiyanın Neftçala şöbəsinin sədrindən istefa vermək tələb olunur
AXCP Neftçala rayon şöbəsinin sədri Əflatun Əhmədzadə təzyiqlə üzləşib. Bu barədə o özü məlumat verib. Ə.Əhmədzadə bildirib ki, aprelin 25-də rayondakı dövlət qurumlarından birinin nümayəndəsi ondan AXCP sıralarından istefa verməyi tələb edib və bunun Prezident Administrasiyasından tələb edildiyini bildirib. Əks təqdirdə Ə.Əhmədzadə işini itirməli olacaq.
Şöbə sədri rayon rəhbərliyinin tələbinə “yox”cavabını verib. O, təzyiqlərin 8 aprel mitinqi ilə bağlı olduğunu deyir.
Üzvü olduğu partiyaya sadiq olduğunu deyə Əflatun Əhmədzadə bundan sonra özünə və ailəsi qarşı atılacaq hər hansı addıma görə hakimiyyət dairələrinin, Respublika prokurorluğunun,Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyinin məsuliyyət daşəyacağını bəyan edib.
azadlıq.info