Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Türkiyədə Demokratik Təsisatların İşləməsi” mövzusunda keçirilən yığıncaqda Türkiyə ilə əlaqədar son dövrdə ortaya atılan iddialar müzakirə olunub. Türkiyəyə 2004-cü ildə alındığı sınaq prosesi üçün yenidən bir imkan yaradılması ilə bağlı layihə qiymətləndirilib. AŞPA 45-ə səsə qarşı 113 səslə Türkiyəni yenidən siyasi sınaq prosesinə almağa qərar verib. AŞPA-nın Türkiyə üzrə məruzəçiləri estoniyalı Eston Marianne Mikko və norveçli İngebjorg Godskesen tərəfindən hazırlanan sənəd və iclas sonunda səs veriləcək qərar layihəsi dünən toplanan yoxlama komitəsində müzakirə edilib. Türkiyədə xüsusilə FETÖ-nun çevriliş cəhdindən sonra elan edilən OHAL-ın tətbiqi çərçivəsində verilən qərar və icraatlar tənqid olunub, demokratik təşkilatların işinin pozulduğu bildirilib. Hesabatla bağlı danışıqlardan sonra səsverməyə çıxarılan qərar layihəsində isə Türkiyəyə 35 maddədən ibarət tövsiyələr edilib. AŞPA ilə Türkiyə arasındakı iş birliyinin davam etməsi üçün bu tövsiyələrin yerinə yetirilməsinin lazım olduğu bəyan olunur.
azadliq.info