Hollandiyada azərbaycanlılar arasında dava düşüb. Hadisə Vestervoort şəhərində keçirilən toy mərasimində baş verib.
Hadisə zamanı Polad Məmmədov adlı azərbaycanlı 6 bıçaq zərbəsi alıb. O, helikopter vasitəsilə hospitala çatdırılıb. Ürək nahiyəsindən bıçaqlanmış yaralının vəziyyətinin ağır olduğu bildirilir.
P.Məmmədov Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovun cangüdəni olub.
Hadisənin təfərrüatına gəldikdə, “report.az” saytının yazdığına görə, toy mərasimində qonaq kimi iştirak edən P.Məmmədovun stoluna restoranın ofisiantı kabab gətirib. P.Məmmədov kababın yaxşı bişmədiyini və yandığını deyərək ofisiantla mübahisə edib. Restoranın məsul şəxlərindən biri, hələlik adı açıqlanmayan azərbaycanlı P.Məmmədovla mübahisə edib. Daha sonra onlar mübahisəni davam etdirmək üçün restoranın yaxınlığındakı parka gediblər. Mübahisə zamanı həmyerlisi P.Məmmədovu bıçaqlayıb.
Bıçaqlayan şəxs saxlanılıb.