AŞPA-nın yaz sessiyasının işi dayandırılıb. Səbəb isə Suriyaya səfəri üzündən AŞPA-nın rəhbəri Pedro Aqramunta etimada dair məsələnin – istefanın nəzərdən keçirilməsi haqqında üzvü olduğu Avropa Xalq Partiyasının iclasında səslənən təkliflər olub. Bu barədə “azadlıq.info”ya AŞPA-dan məlumat verilib.
Məlumata görə, Aqramuntun özbaşına Suriyaya getmәsi araşdırılır. Onun istefasını tәlәb edәn çox sayda deputat var. Çәrşәnbә axşamından sonra AŞPA tәrәfindәn Aqramuntun ifadәsi alınacaq. Bununla bağlı İtaliyadan olan deputat Mikele Noikoletti çıxış edib.
Ukraynadan olan deputat Borislav Bereza canlı efirdə bildirib ki, AŞPA sədri çoxsaylı istefa tələblərindən sonra partiyanın iclasından qaçıb.
AŞ PA sədri Pedro Aqramunt qurumun yaz sessiyasının açılışında Suriyaya səfərinin yanlış addım olduğunu bəyan etmişdi.