İraqda oğurlandıqdan 16 ay sonra içərisində hakim ailənin üzvlərinin də olduğu deyilən bir qrup qətərli azad edilib, məmurlar deyirlər.
İraqın Daxili İşlər Nazirliyi bildirib ki, “26 nəfər” Bağdadda idi və Qətər səfirinə təhvil veriləcək.
Ovçular 2015-ci ilin dekabrında Səudiyyə sərhədinin yaxınlığında, İraqın səhra zonasında silahlı şəxslər tərəfindən oğurlanıblar.
Genişmiqyaslı axtarışlar başlanılsa da, onların yeri və ya vəziyyəti barədə az məlumat var idi.
Onların azad edilməsinin Suriyanın mühasirədəki təxliyə edilən dörd şəhəri ilə bağlılığı barədə fikirlər var. Lakin DİN əlavə məlumat vermək istəməyib.
Şiə müsəlmanların üstünlük təşkil etdiyi İraq hökuməti Suriyada qiyamçılara yardım edən sünni Qətərə tənqidi yanaşır.
Ovçular qrupuna Qətərin kral ailəsinin bir və ya bir neçə tanınmış nümayəndələri də daxildir. Amma onların kimliyi açıqlanmayıb.
İraq, öz ölkələrində vəhşi quşları sonuncusuna qədər ovlamış Fars Körfəzinin ovçularının sevimli yeridir.
Onların sevimli qənimətləri Asiya dovdağı, kiçik hind toyuğudur və bu ovçular onları tapmaq üçün tez-tez Mərakeş, İraq, Pakistan və Əfqanıstana səfər edirlər.