Almaniya polisi Dortmuntun “Borussiya” klubunun avtobusuna hücumu təşkil edən şəxsi Tübingen şəhəri yaxınlığında yaxalayıb. Bu, Rusiyadan Almaniyaya köçən 28 yaşlı Sergey B. adlı şəxsdir. Saxlanılan şəxsin Almaniya və Rusiya vətəndaşlığı var. məlumata görə, polis daha iki nəfəri axtarır.
Saxlanılan Sergey B. nə futbol fanatı, nə də terrorçudur. İstintaqın məlumatına görə, o şəxsi maraqları baxımından çıxış edib.
Belə ki, partlayəşdan sonra “Borussiya” klubunun səhmləri kəskin ucuzlaşmalı idi və o da bundan istifadə edərək birjada böyük mənfəət əldə edə biləcəkdi.
Almaniya mətbuatının məlumatına görə, o istehlak krediti götürüb və aprelin 11-də 78 min avro dəyərində qiymətli kağız alıb. Birjada əməliyyat ona götürdüyü kreditdən xeyli çox mənfəət əldə etməyə imkan verəcəkdi.
Fizzə