ABŞ-ın Los- Anceles hava limanından Tayvana gedən bir sərnişin xarici uçuşlar terminalındakı təhlükəsizlik işçiləri fərq etməyincə əl baqajındakı silahla təyyarədə səfər etdi. Silahın təhlükəsizlik yoxlamasında görülmədiyi və qadının fərqində olmadan silahla uçduğu aydın oldu.
Santa Monika Təhlükəsizlik işçisi 42 yaşlı polis məmuru Noelle Grant silahın əl baqajında olduğunu ancaq Tayvanın paytaxtı Taipeidə səfər üçün təyyarəsini dəyişdirərkən fərq etdi. O, səlahiyyətlilərə xəbər verdikdən sonra məsələ həll olunmayana qədər Tayvan torpaqlarından çıxması qadağan edildi. ABŞ federal səlahiyyətliləri Los- Anceles hava limanında standart təhlükəsizlik prosedurlarına lazımi səviyyədə riayət olunmadığını qəbul etdi.
Baqajdakı silahın qadının xüsusi odlu silahı olduğu və vəzifədə istifadə etdiyi silah olmadığı aydınlaşdı.
Qadın silahı və altı ədəd patronu çamadanında daşıdığını anladığı zaman Tailanddakı ailəsinin yanına tətilə getmək üçün Taipeidə təyyarəsini dəyişdirməyə çalışdı. Qadın polis məmurunun ABŞ-a geri döndüyündə intizam cəzası alıb-almayacağı isə hələ bilinmir.
azadliq.info