Tovuzda qətl hadisəsi törədilib. Qətl hadisəsi rayonun İbrahimhacılı kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü İsmayılov İbrahim Şaiq oğlu ehtiyatsızlıq nəticəsində 16 mm çaplı tüfənglə açdığı atəşlə qardaşı, Rusiya vətəndaşı 1995-ci il təvəllüdlü İsmayılov Sərxan Şaiq oğlunu qətlə yetirib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
(apa)