Türkiyədə prezidenti Rəcəb Tayyib Ərdoğanın 2014-cü ildə tikdirdiyi iqamətgahla bağlı yeni fotolar yayılıb.
Türkiyənin paytaxtı Ankarada yerləşən “Ağ Saray” adlı iqamətgah 1100 otaqdan ibarətdir. İqamətgahın 250 otağı yaşayış təyinatlıdır, yerdə qalanlar isə xidməti otaqlardır. İqamətgahda olan yalnız xalçaların qiyməti 9 milyon dollara bərabərdir. Araşdırmalara görə, “Ağ Saray” son 100 il ərzində dünyada tikilmiş ən böyük saraydır. Sarayın sahəsi Ağ evdən təxminən 50 dəfə böyükdür. 3 metr hündürlükdə 400 cüt ikiqatlı qapılar 6,2 milyon dollara başa gəlib. Binanın qızdırılmasına hər il 620 min dollar xərclənir.