Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin dini qurumunun nümayəndələri ilə görüşdə qeyri-matəm günlərində qara geyimin qadağa edilməsi təşəbbüsü ilə çıxış edib. Prezident qanunvericilik səviyyəsində belə bir qadağanın tətbiq edilməsinin tərəfdarı olduğunu deyib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Nazarbayev gənclərin dini biliklərinin aşağı səviyyədə olmasından narahatçılığını da ifadə edib. Bu da onların fəqli geyinməyinə gətirib çıxarır. Qazaxıstan prezidenti bu məsələnin qanunvericilik səviyyəsində həllinin tərəfdarı olduğunu deyib.
Fizzə