ABŞ Dövlət Katibi Reks Tillerson İranı Orta Şərqdə stabilliyin pozulması və ABŞ-ın regiondakı maraqlarının əksinə yönələn “davamlı narahatedici provokasiyaların” arxasında olmaqda təqsirləndirib.
“Müşahidə edilməyən İranın Şimali Koreya ilə eyni yolu keçərək dünyanı özü ilə aparmağa potensialı var”, – Tillerson deyib.
Bundan əvvəl prezident Donald Tramp İranın nüvə sazişinin bir daha nəzərdən keçirilməsinə əmr verib.
Buna baxmayaraq ABŞ İranın nüvə sazişinin şərtlərinə tabe olduğunu etiraf edir.
İran bu sözlərə hələlik münasibətini bildirməyib.
İran Qərbin ona qarşı yönələn nüvə silahlarını əldə etmək niyyətində olması iddiasını dəfələrlə rədd edib.