Türkiyədə keçirilən referendumun nəticələrinə dair münasibət bildirmək üçün beynəlxalq müşahidəçilərin açıqlayacağı hesabatı gözləyəcəyini bildirən ABŞ ATƏT-in hesabatından sonra münasibət açıqlayıb. ABŞ Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Mark Toner Vaşinqtonun referendumun nəticələrinə etirazının olmadığını bildirib. Toner bildirib ki, demokratik cəmiyyətlərdə xüsusi ilə mübahisəli mövzularda əks fikirlərə sayğı göstərərək güc qalib gəlir. ABŞ Türkiyə demokratiyasına dəstək verməkdə davam edəcək. Təbii ki, hüququn aliliyi və mətbuat azadlığı prioritet olacaq. Ayrıca Toner seçkilərlə bağlı açıqlanan uyğunsuzluqu və eyni şərtlər altında aparılmayan təbliğat və təşviqata dair məlumatları da qeyd etdiklərini bildirib.
Aqil